"Optimum Metrology
Services" MMC
5 iyul 2017-ci il tarixində təsis olunmuşdur. 29 dekabr 2017-ci il tarixdə
Qazaxstanın Milli Akkreditasiya Mərkəzi (NCA) tərəfindən İSO 17025 standartı
üzrə yoxlama və kalibrləmə laboratoriyası olaraq akkreditasiya olunub. Qazaxstan
Milli Akkreditasiya Mərkəzini seçməyimizdə əsas məqsəd NCA-nın 2010-cu ildən
İLAC-ın tam hüquqlu üzvü olması və bizə İLAC MRA birləşmiş nişanından istifadə
hüququ verməsidir.
Akkreditasiya sahəmizə
kütlə, təzyiq, temperatur, elektrik, mexaniki-həndəsi, fiziki-kimyəvi, biotibbi
və digər cihazların yoxlanması və kalibrlənməsi daxildir.
Laboratoriyamız ən müasir
yoxlama avadanlıq və işçi etalonlarla təchiz olunub. Komandamız özünü metrologiya sahəsində təsdiq etmiş mütəxəssislərdir.