Fiziki-kimyəvi ölçmə vasitələrinin yoxlanması və kalibrlənməsi

“Optimum Metrology Services” MMC fiziki-kimyəvi ölçmə vasitələrinin yoxlanması və kalibrlənməsini həyata keçirilir. Laboratoriyamızda açıq və bağlı butada alışma temperaturunu təyin edən cihazlar, viskozimetrlər, areometrlər və sıxlıq ölçənlər, refraktometrlər, xromotoqraflar, spektrofotometrlər, fotokolorimetrlərin, defektoskopların, tüstü ölçənlər, termohiqrometrlər və nəmlik ölçənlər, şəh nöqtəsini təyin edən cihazlar, elektormaqnit cihazları,  konduktometr və duzluluq ölçən cihazlar, pH-metrlərin, qaz detektorların, alkotesterlərin və s. yoxlanması və kalibrlənməsi distillə suyunun attestasiyası həyata keçirilir.

Laboratoriyada Testo Huminator II rütubət, temperatur və şeh nöqtəsi yaradan kamera,dərəcələnmə mayeləri, bufer məhlullar, standart qaz qarışıqları, neytral işıq filtrləri dəstləri və s. etalon nümunələrdən istifadə olunur.