Mexaniki-həndəsi ölçmə vasitələrinin yoxlanması və kalibrlənməsi

Mexaniki-həndəsi ölçmə vasitələrinin istifadəsi zamanı dəqiqliyin təmin edilməsi üçün yoxlanması və kalibrlənməsi zəruridir.

Laboratoriyamız müxtəlif növ mexaniki-həndəsi ölçmə vasitələrinin yoxlanması və kalibrlənməsi yerinə yetirilməsin təmin edir. Akkreditasiya sahəmizə maqnit və ultrasəsli qalınlıqölçənlər, boyanın qalınlıq ölçən, sentrafuqalar, diafraqmalar, metroştok, metal ölçü xətkeşləri və ölçü lentləri, ştangenpərgarlar, mikrometrlər, indiqatorlar, planimetrlər və s. cihazlar daxildir. Yoxlamada sonluqlu uzunluq ölçü nümunələri dəstləri (ПКМД), müxtəlif öçülərdə şüşə nümunə dəstələri (ПМ15,ПМ40,ПМ65 və s.), müxtəlif uzunluqlu ölçü lentləri, yüksək dəqiqliyə malik mikrometr və ştangenpərgar, stroboskop  və s. ilə təchiz olunub.