Temperatur ölçmə vasitələrinin yoxlanması və kalibrlənməsi

Temperatur ölçmələri gündəlik həyatımızda tez-tez rastlanır. Ölçmələrinizin düzgünlüyündə əmin olmağın yeganə yolu   kalibrlənmiş ölçmə vasitələrindən istifadə etməkdir. Laboratoriyamız infraqırmızı termometrlərin, elektron, bimetal, manometrik termometrlərin, mayeli şüşə termometrlərin, müxtəlif tipli termocütlərin, termotənzimləyiclərin və termoçeviricilərin və s.  yoxlanması və kalibrlənməsi xidmətlərini təklif edir.

Yoxlamada -45÷150 °C, 50÷650 °C diapazonlarda quru bloklu temperatur kalibratorları, məsafədən temperatur ölçmə vasitələrinin yoxlanması üçün isə

-30÷500 °C intervallarda temperatur ölçmələrini həyata keçirə bilən Fluke şirkətinin istehsalı olan infraqırmızı kalibratorlardan istifadə olunur.